UEFA “Qarabağ”a 600 min avro ayırdı

UEFA Ağdamın “Qarabağ” klubuna pul ayırıb
###reklam250###

PİA.AZ AFFA-nın saytına istinadən bildirir ki, UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, Avropa Liqasının 2018/2019-cu il mövsümünün qrup mərhələsində bir qələbə qazandığına görə “Qarabağ” Futbol Klubuna 570 min avro pul vəsaiti ayrılıb.

Bundan başqa, “Qarabağ” FK-nın qələbələrinin sayına əsasən 52,000 avro həcmində əlavə bonuslar hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622,000 avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində yeganə qələbəsini Poltavada Ukraynanın “Vorskla” komandası üzərində qazanıb – 1:0.

pia.az