ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb - Son aylar aşkarlanmış üçüncü analoji tuneldir

ABŞ-la Meksikanın sərhədində tunel aşkarlanıb
###reklam250###

Bu barədə “The Hill” məlumat yayıb. (“Report”)

Bildirilir ki, tunel ABŞ-ın Arizona ştatının yaxınlığında, bu həftə aşkarlanıb. Məlumata görə, Meksikanın hakimiyyət orqanları ondan narkotik vasitələrin daşınması və insanların sərhəddən keçirilməsi üçün istifadə edilməsindən şübhələnirlər.

Nəşr qeyd edib ki, bu, son aylar aşkarlanmış üçüncü analoji tuneldir.

Daha əvvəl məlum olub ki, ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.pia.az