"Sabah" Antalya toplanışına qələbə ilə başlayıb, "Qarabağ"ın oyunu ləğv edilib

Türkiyənin "Report" bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb
###reklam250###

Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Eskişehirspor"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub. ("Report")

"Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.

Qeyd edək ki, bu gün Azərbaycan

Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verib.pia.az