Jan-Klod Yunker: Rumıniya Şenqen məkanının bir hissəsi olmalıdır

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyə keçməsi ilə əlaqədar təşkil olunan mərasimdə bildirib ki, ölkə Şenqen məkanının bir hissəsi olmalıdır
###reklam250###

Sədr Şenqeni Rumıniyasız natamam gördüyünü deyib. J.Yunker qeyd edib ki, Avropa İttifaqı Şurasına sədrliyi zamanı digər Aİ ölkələri Rumıniyaya yardımını əsirgəməyəcək.

Qeyd edək ki, Avropa İttifaqının yalnız 22 üzvü Şenqen sazişinin üzvləridir. Böyük Britaniya, İrlandiya və Kipr Şenqenə daxil deyil, Bolqarıstan, Rumıniya və Xorvatiya isə məkana daxil olmaq üzrədirlər. Rumıniya və Bolqarıstandan Şenqen məkanına üz tutan üçüncü ölkələrin vətəndaşları Şenqen vizası almalıdır. Eyni zamanda, Rumıniya və Bolqarıstan Avropa İttifaqı ilə Kanada və ABŞ arasında imzalanmış vizasız rejimdən bəhrələnə bilmirlər.Buna səbəb, vizasız gediş-gəliş sazişinin yalnız Şenqen məkanına daxil olan Aİ ölkələrinə aid olmasıdır.(azərtac)

pia.az