Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir

Ermənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib
###reklam250###

Onlar aksiyanı yanvarın 11-də saat 16:00-da ölkənin Apellyasiya Məhkəməsinin binası qarşısında keçirməyə çağırıb.

"Aksiya məhkəmə binasının qarşısında olacaq. Biz Manvel Qriqoryana qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edəcəyik", - deyə Civan Abramyan adlı aksiya iştirakçısı bildirib.

Qeyd edək ki, dekabrın 21-də Manvel Qriqoryan 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyası keçirilmişdi.(report)

pia.az