Bakıda metronun qarşısında dəhşətli cinayət 

Gənc oğlanı vəhşicəsinə öldürdülər
###reklam250###

Bu gün günorta saatlarında Yasamal rayonu Salatın Əsgərova küçəsində - Bakı Metropoliteninin "Nizami" stansiyası yaxınlığında naməlum şəxs və ya şəxslər 22-25 yaşlı oğlanı bıçaqlayaraq öldürüb. Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan gənc qanitirmə nəticəsində yolun ortasındaca ölüb. (Publika.az)

Hadisə yerinə polis əməkdaşları və prokurorluq nümayəndələri gəlib.

Əməliyyat axtarış tədbirləri həyata keçirilir.pia.az