Goranboy icra başçısı işdən çıxarıldı?

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəzifədən azad olunub.
Mənbə bildirir ki, bununla bağlı yaxın saatlarda prezident İlham Əliyevin sərəncam imzalayacağı gözlənilir. Məlumata görə gələn həftə rayonda antikorrupsiya yoxlamalarının başlanacağı da istisna edilmir. Məsələ ilə bağlı icra başçısının birinci müavini Baxış Abdullayevlə əlaqə saxladıq. O, bu barədə məlumata malik olmadığını dedi: "Məndə bu barədə məlumat yoxdur. İcra başçısı da işinin başındadır" (Qaynar.info)