“Xiaomi” şirkəti üç gündə xeyli qiymətdən düşüb

Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb
###reklam250###

Pia.az xəbər verir ki, bununla da şirkət 6,5 milyard ABŞ dolları məbləğində dəyərdən düşüb.

Üç gün əvvəl qeyri-birja satışları zamanı qiymətlərin düşməsi sərmayəçilərin “Xiaomi” səhmlərinin rəsmi birja satışlarına hazırlaşması olub. Ötən il iyul ayında şirkətlə bağlı İPO həyata keçirildikdən sonrakı 6 ay ərzində səhmlərinin birjada rəsmi satışı əngəllənmişdi. Ötən müddət ərzində “Xiaomi” səhmləri 58 faiz ucuzlaşıb.

Şirkətin kotlarının azalması smartfon bazarındakı vəziyyətin pisləşməsi, habelə rəqabətin güclənməsi ilə bağlıdır (report.az).

pia.az