NİDA- çıların valideybləri də aclıq aksiyasına başlayır

Həbsdə olan NİDA-çıların valideynləri bu gün mətbuat konfransı keçirib.
Mətbuat konfransında təqsirləndirilənlərin valideynləri, təşkilatın üzvləri iştirak edib.Zaur Qurbanlının anası Səkinə Qurbanova çıxışında bildirdi ki, dünən məhkəmənin verdiyi qərar onlar üçün gözlənilməz olub: “Biz bu qərarı gözləmirdik. Prokuror oğluma 8 il 6 ay həbs cəzası verilməsini istəyib. Digər gənclərə istənilən cəzalar da ədalətsizdir. Prokuror 6 ay bundan əvvəl oxuduğu ittihamı oxudu. Deməli, bu qərarı 6 ay bundan əvvəl də vermək olardı”.S.Qurbanova gənclərin tezliklə bəraət almasını istədiklərini dedi: “Günahsız gənclərə bu əziyyəti vermək olmaz. Biz artıq 1 il 2 aydır bu əzabı çəkirik. Bəsdir artıq. Hökumətdən tələb edirəm ki, bu gənclərə bəraət verilsin”.Səkinə Qurbanova qərara etiraz edən NİDA-çıların aclıq aksiyasına başlayacaqlarını söylədi: “Onlar aclıq aksiyasına başladıqları halda biz azadlıqda rahat yaşaya bilmirik. Onlara dəstək olmaq üçün aprelin 20-dən - bazar günündən etibarən aclıq aksiyasına başlayacağıq. Hər kəsi də bu aksiyaya qoşulmağa çağırırıq”.Mətbuat konfransında çıxış edən digər valideynlər də övladlarına bəraət verilməsini tələb etdilər.Xatırladaq ki, dünən - aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan NİDA hərəkatı fəallarına iş istənib. Dövlət ittihamçısı Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay, Bəxtiyar Quliyevə, Məmməd Əzizova və Rəşad Həsənova 8 il, Rəşadət Axundova, Zaur Qurbanlıya və İlkin Rüstəmzadəyə isə 8 il 6 ay iş istəyib.Bundan sonra müttəhimlər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.(virtualaz.org)