Əhmədinejad etiraz aksiyası keçirməyə hazırlaşır

İranın sabiq prezidenti Mahmud Əhmədinejad hökumətin yürütdüyü siyasətə etiraz olaraq etiraz aksiyası keçirmək istəyir
###reklam250###

Avropa.info xəbər verir ki, sabiq prezident etiraz aksiyasının keçirilməsi ilə bağlı hökumətə müraciət edib.

O, etiraz aksiyasını Tehranda keçriməyi planlaşdırır.

Sabiq prezident Əhmədinejad sosial mediadakı açıqlamasında aksiyanın keçirilməsi ilə əlaqədar daxili işlər naziri Abdurrza Rəhmani Fəzliyə məktub ünvanlayaraq, konstitusiyanın 27-ci maddəsini əsas tutaraq, yanvarın 20-də Tehranın İnqilab meydanında aksiya keçirmək üçün icazə istədiyini qeyd edib.

Hakimiyyəti idarə edənlərin və onların yürütdüyü siyasətə etiraz olaraq aksiya keçirəcəyini qeyd edən Əhmədinejad aksiyanınnın keçirilməsinə icazə verilməyəcəyi təqdirdə, nazirin bu addımını açıq cinayət və qanunsuzluq kimi dəyərləndirəcəyini bildirib.

pia.az