"Barselona" 75 milyon avroya futbolçu alır

İspaniyanın “Barselona” klubu Hollandiya “Ayaks”ının futbolçusu Frenki de Yonqu transfer etməyə yaxındır
###reklam250###

“Report” “Marca”ya istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi üçün danışıqlar yekun mərhələdədir. Transfer məbləğinin 75 milyon avro olacağı bildirilir. Keçidin yanvarın 12-də elan olunacağı gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqla Almaniyanın “Bavariya”, İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klubları da maraqlanıb.

pia.az