Olimpiadada Azərbaycanı 14 şagird təmsil edəcək

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayacaq
###reklam250###

Təhsil Nazirliyindən verilən məlumata görə, olimpiadada Azərbaycanı 14 şagird təmsil edəcək. Belə ki, ölkəmizi informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər olmaqla 16 nəfərlik heyət təmsil edir.

15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.

pia.az