“Qızıl Qlobus” mükafatının qalibləri açıqlandı

“Yaşıl Kitab” ən yaxşı komediya elan olunub
###reklam250###

Yanvarın 6-da “Qızıl Qlobus” mükafatının qalibləri bəlli olub.

“Bohemiya Rapsodiyası” ən yaxşı dram, “Yaşıl Kitab” isə ən yaxşı komediya elan olunub.

Britaniyanın əfsanəvi “Queen rok” qrupunun aparıcı üzvü Freddie Merkuri rolunda çəkilmiş amerikalı aktyor Rami Malek ən yaxşı aktyor təsnifatında mükafata yiyələnib. Rejissor Bryan Singerin çəkdiyi bioqrafik film sürpriz qalib olub. O, Bradley Cooperin “Ulduz doğulub” və Spike Leenin “BlacKkKlansman” filmlərini geridə qoyub.

“Yaşıl Kitab” komediya dramı 1960-cı illərdə qaradərili pianoçuyla onun ağdərili sürücüsünün dostluğundan bəhs edir. Bu film ən yaxşı komediya və ssenari üzrə “Qızıl Qlobus” alıb.

##relatedPost2##

Maherşala Ali filmdəki roluna görə ən yaxşı ikinci dərəcəli aktyor kimi mükafata layiq görülüb. Hollivud əfsanəsi Glen Close “Arvad” filmindəki rolundakı roluna görə ən yaxşı aktrisa elan olunub. Meksikalı rejissor Alfonso Cuaronun “Roma” filmi xarici dildə ən yaxşı film və ən yaxşı rejissor işinə görə mükafata yiyələnib.

“Qızıl Qlobus” Kaliforniyadakı “Beverly Hilton” otelindən təqdim olunub.(Azadlıq radiosu)

pia.az