Növbəti iki gündə yağış yağacaq, külək əsəcək

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
###reklam250###

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, yanvar ayının 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənib-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək".

Onun sözlərinə görə, yanvar ayının 8-9-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək: "Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 3-6 dərəcə arasında dəyişəcək".

pia.az