Pekində ABŞ-Çin danışıqlarına start verildi

Bu dəqiqələrdə Pekində ABŞ-la Çin arasındakı mövcud ticarət mübahisələrini həll etmək və yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün yüksək səviyyəli danışıqlar prosesinə start verilib
###reklam250###

Bu barədə “Beijing Youth Daily” qəzeti məlumat yayıb.

Bildirilib ki, 7-8 yanvarda danışıqlar aparmaq üçün Çinə gələn amerikalı nümayəndələr hazırda Çinin Ticarət Nazirliyində görüşlər keçirirlər.

ABŞ ticarət nazirinin müavini Cefri Cerrişin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində, həmçinin, ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Mallassın da olduğu deyilir.

Azvision.az xatırladır ki, bundan əvvəl Tramp, əgər Pekinlə hansısa razılaşma əldə olunmasa, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq, yanvarın 1-dən 10%-dən 25%-ə qaldıracağını bildirmişdi.

##relatedPost2##

Nəticədə, Argentinada keçirilən “G20” sammiti çərçivəsində Çin lideri Si Tsinpinlə Tramp arasındakı görüşdə tərəflər 1 yanvardan etibarən qarşılıqlı olaraq bir-birindən idxal etdikləri məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı Tramp yanvarın 1-də tarifləri artırmayacağını vəd edib. Lakin Ağ Evin sözçüsü Sara Sanders bəyan edib ki, əgər 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməzsə, rüsumlar 25%-ə qaldırılacaq.

pia.az