ABŞ Qara dənizə böyük desant gəmisini göndərdi

ABŞ Hərbi-Dəniz Qüvvələrinin böyük desant gəmisi Dardanel boğazı vasitəsi ilə Qara dənizə istiqamət alıb
###reklam250###

Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanmasının mətbuat xidmətinin məlumatında deyilir.

“Fort-Makhenri” gəmisinin Qara dənizə göndərilməsi bölgədə təhlükəsizliyi təmin etmək üçün kollektiv qətiyyətimizi təsdiqləyir, habelə regional və NATO üzrə tərəfdaşlarımızla sıx tərəfdaşlığımızı bir daha qeyd edir”, - deyə donanma komandanı vitse-admiral Liza Franketti bildirib. (oxu.az)

pia.az