Maradona xəstəxanaya yerləşdirildi

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradona mədə qanaması keçirib
###reklam250###

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, xəstəxanaya müayinə üçün getdiyi zaman mədəsində qanama aşkar edilib.

Bundan sonra o, əməliyyat otağına yerləşdirilib.

Müşahidə altında saxlanılan 58 yaşlı məşqçinin vəziyyətinin ağır olmadığı və sabah mədəsində endoskopik əməliyyat aparılacağı bildirilib.

Qeyd edək ki, dünən Maradonanın Meksikanın “Dorados de Sinaloa” klubu ilə razılaşdığı açıqlanıb və müqavilə imzalanmadan öncə onun tibbi müayinədən keçməsi istənilib.

pia.az