Azərbaycan 50 min ton xurma ixrac edəcək

Azərbaycan martın sonuna qədər Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə xurma ixracını davam etdirəcək
###reklam250###

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov məlumat verib.

"Hazırda soyuducu anbarlarda 50 min ton məhsul var və martın sonuna qədər hamısı ixrac olunacaq”,- o bildirib.

pia.az