“Boko Haram”ın 200 döyüşçüsü öldürüldü

Nigeriya Müdafiə Nazirliyi bəyan edib ki, Çad gölü yaxınlığında ordunun keçirdiyi genişmiqyaslı anti-terror əməliyyatı zamanı “Boko Haram” radikal qruplaşmasının 200-dən çox döyüşçüsü öldürülüb  
###reklam250###

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, 2018-ci il dekabrın 28-də başlayan və beş gün davam edən əməliyyatda quru və hava qüvvələri iştirak edib.

Əməliyyat zamanı hökumət qüvvələri itki verməyib.

“Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir. 2015-ci ilin martında “Boko Haram” İŞİD terror təşkilatına sadiqlik andı içib.

pia.az