Bayram günü 2356 nəfər təcili yardım çağırıb

31 dekabr - 1 yanvar tarixlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 4754 nəfər müraciət edib
###reklam250###

Səhiyyə Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər təcili yardım çağırıb.

"Ümumi müraciətlər içərisində 5 nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib. Onlardan 2-i yanıq, 3-ü əlin travması ilə müraciət edib. Bundan əlavə, 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. Ümumi müraciətlərin 647 nəfəri uşaq olub", - deyə məlumatda qeyd olunub.

pia.az