“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

“WhatsApp” messenceri bəzi smartfonlarda fəaliyyətini dayandıracaq
###reklam250###

RİA Novosti xəbər verir ki, bununla bağlı şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, “Nokia Series 40” əməliyyat sisteminə malik telefon istifadəçiləri messencerdən istifadə edə bilməyəcəklər. Qeyd edilib ki, 2012-ci ildə dünyada “Nokia S40”ın müxtəlif versiyaları ilə işləyən 1,5 milyarddan çox qurğu olub.

Bundan başqa, 2020-ci il fevralın 1-dən bu dəyişiklik “Android 2.3.7” versiyalı smartfonlara da aid olacaq.

pia.az