İndoneziyada torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb

İndoneziyanın Qərbi Java əyalətində torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb
###reklam250###

Bu barədə yerli hakimiyyət orqanlarının təmsilçiləri məlumat verib.

Leysan yağışları səbəbindən baş vermiş təbii fəlakət nəticəsində 30-dan çox ev torpaq altında qalıb, 20-dək adam itkin düşüb.

Hazırda xilasedicilər leysan yağışları səbəbindən dayandırılmış zərərçəkənlərin axtarışını bərpa ediblər.(Report)

pia.az