Bərdədə yaşayış evi yandı

Bərdə rayonunda yaşayış evində yanğın baş verib
PİA.AZ FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Mirzəcəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları qismən və bitişik ümumi sahəsi 39 kv.m olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.