Avtomobil daşıyan gəmidə yanğın baş verdi

Gəminin heyəti 21 dənizçidən ibarətdir
###reklam250###

Yaponiyadan Havay adalarına doğru hərəkət edən avtomobil daşıyan gəmidə yanğın baş verib.

Bu barədə “Hawaii News Now” portalı ABŞ sahil mühafizəsinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Panama bayrağı altında üzən “Sincerity Ace” gəmisi Oahu adasından iki min mil (təqribən 3,5 min kilometrdən çox) məsafədə yerləşir.

Gəminin heyəti 21 dənizçidən ibarətdir. Onlardan bir qisminin ehtiyat bərəyə keçdiyi, digərlərinin yanğınla mübarizə apardığı qeyd edilir.

ABŞ sahil mühafizəsinin HC-130 Hercules təyyarəsi və yaxınlıqdakı kommersiya gəmiləri kömək üçün göndərilib. (Azərtac)

pia.az