Qobustan həbsxanasında narkotik vasitə keçirmək cəhdi

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Samir Mirzə oğlu Əhmədova vətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı əşyaların arasında olan ayaqqabı təmizləmək üçün süngərin altında gizlədilmiş, xalis çəkisi 1,226 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.Qeyd edək ki, S.Əhmədov Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2; 126.2.4; 178.1; 215.2.1; 215.2.4; 215.2.7; 221.2.1; 221.2.2; 221.3; 317-2.1; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.Fakt üzrə araşdırma aparılır.