Bir il də belə getdi...

PİA.AZ şair Elşad Baratın “Bir il də belə getdi” şeirini oxuculara təqdim edir
###reklam250###

Bir il də belə getdi,Bir il də dalda qaldı.Arzular yetişmədi,Arzular yolda qaldı.

Yenə də küməmizin,Pəncərəsi olmadı,Yenə də qızlarıma,Velosiped almadım.

Almadım anam üçün,Kəlağayı yenə də,Almadım ki, ağappaq,Tellərini gizlədə.

Gizlənə də bilmədim,Payızından, qışından,Anamın əllərindən,Atamın baxışından.

Baxış-baxış utanıb,Bir ili də böyüdüm.Yalvardımsa nə qədərBar vermədi söyüdüm.

Bu söyüd şəhərindənNə bar gətirim evə?Hər gecə əllərimdə,Qabar gətirdim evə.

Əllərimin qabarı,Qızlarıma oyuncaq,Bir tikə çörək yeyib,Oynadılar doyunca.

İlahi, bu evimin,Başına çevir məni,Qızlarımın anası,Hələ də sevir məni.

Gülyanaq İsmayılqızı

pia.az