Ekspertdən neftlə bağlı proqnoz

"2019-cu ildə neftin illik orta qiyməti 60 dollardan aşağı olmayacaq"
###reklam250###

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Dünya bazarında neft qiymətlərinin 50 dollardan aşağı düşməsinin əsas səbəbi ABŞ-da yaranmış hökumət böhran idi. Ancaq Milad bayramından sonra bu məsələdə bir qədər yumşalma müşahidə edildi və neft qiymətləri yenidən öz məcrasına qayıtdı”, - ekspert bildirib.

İ.Şaban hesab edir ki, 2019-cu ilin əvvəllində dünya bazarında neftin qiymətləri 55-60 dollar dəhlizində olacaq:

“Bu dövrdə OPEK və OPEK+ ölkələrinin neft hasilatının azaldılmasına dair qərarı icra olunmağa başlayacaq. Bunun bazarlara təsiri isə fevralın ilk ongünlüyü başa çatandan sonra, yəni OPEK-in monitorinq komitəsinin yanvar ayına dair hesabatı açıqlananda hiss olunacaq.

Beləliklə, hasilatın azaldılmasına dair qərarın nə dərəcədə yerinə yetirildiyi məlum olacaq. Bu da təbii ki, neft bazarlarına təsirsiz ötüşməyəcək. Əgər nəticə pozitiv olarsa, neftin qiyməti artacaq. Əks təqdirdə neftin qiyməti 60 dolları keçməyəcək. Ümumilikdə isə 2019-cu ildə ən pis halda belə neftin illik orta qiyməti 60 dollardan aşağı olmayacaq”.

pia.az