Salyanda yol qəzası: iki qadın xəsarət aldı

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 25-ci km-də yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “Hunday” markalı avtomaşının qəzaya uğraması nəticəsində sürücünün həyat yoldaşı, 42 yaşlı Bakı şəhəri sakini Aidə Zakir qızı Həsənova və sürücünün bacısı, 31 yaşlı Lalə Cabir qızı Fətullayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az