İlin ən çox qazanan idmançıları açıqlanıb

“Forbes” 2018-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib
###reklam250###

2017-ci ilin iyunundan 2018-ci ilin iyunu arasındakı maaş, sponson gəlirləri və əlavə bonuslar hesablanaraq aparılan araşdırmaya əsasən, ilk onluqda 3 futbolçu yer alıb.

ABŞ boksçusu Floyd Meyvezerin 285 milyon dollarla birinci olduğu siyahıda Argentina millsiinin və “Barselona”nın hücumçusu Lionel Messi (111 milyon) ikinci pillədə yer alıb. Portuqaliya yığmasının və “Yuventus”un oyunçusu Kriştiano Ronaldo 108 milyon dollarla üçüncü olub. Neymar (Braziliya, PSJ) isə 90 milyon dollarla siyahının 5-ci pilləsində qərarlaşıb.

2018-ci ilin ən çox qazanan idmançılarının siyahısı

1.Floyd Meyvezer (ABŞ, boks) – 285 milyon dollar2. Lionel Messi (Argentina, futbol) – 111 milyon dollar3.Kriştiano Ronaldo (Protuqaliya, futbol) – 108 milyon dollar4.Konor Makqreqor (İrlandiya, qarışıq üslubda (MMA) döyüşçü) – 99 milyon dollar5.Neymar (Braziliya, futbol)- 90 milyon dollar6.Lebron Ceyms (ABŞ, basketbol)- 85.5 milyon dollar7.Roqer Federer (İsveçrə, tennis) -77.2 milyon dollar8.Stefan Karri (ABŞ, basketbol) – 76.9 milyon dollar9. Matt Ryan (ABŞ, Amerika futbolu) -67.3 milyon dollar10.Mettyu Stafford (ABŞ, Amerika futbolu) – 59.5 milyon (qol.az)

pia.az