Tanınmış aşıq vəfat etdi

Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib
###reklam250###

Tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.

2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilib.(milli.az)

pia.az