Leyla Əliyeva xəstə uşaqları sevindirdi - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu gün Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub
###reklam250###

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, mərkəzdə müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr ilə görüşən Şaxta baba və Qar qız onların arzu-istəklərini dinləyib və istəklərinə uyğun olaraq hədiyyələr təqdim edib.

Bayram tədbiri 28 və 29 dekabr tarixlərinə kimi davam edəcək.

pia.az