Sahib İbrahimovun məhkəməsində zərərçəkənlər azalır..

Sahib İbrahimovun məhkəməsində daha bir zərərçəkən ona ziyan dəymədiyini bildirdi
###reklam250###

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan iş adamı Sahib İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə zərərçəkmiş şəxslər dindirilib. Zərərçəkmiş Ehtiram Əhmədov ifadəsində iş adamını əvvəllər tanımadığını deyib: “Mənzili Eldəniz Cəfərovdan almışam, onun həmin binada iki mənzili var idi. Sənədləşmə işlərini də Məzahir Cəfərovla (məlumat üçün qeyd edək ki, M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı olub. O, 2015-ci ilin iyun ayında intihar edib, meyiti intihardan bir gün sonra aşkarlanıb. Məlum olub ki, M.Cəfərov ölümündən bir müddət əvvəl ailəsini Qəbələdəki evinə aparıb, dincəlmələri üçün orada qalmalarını istəyib. Qəbələdən qayıdandan bir neçə gün sonra isə evində meyiti tapılıb - red.) etdik, müqaviləni ondan aldım. Dörd ildir həmin mənzildə yaşayıram. Mənə heç bir ziyan dəyməyib".

Zərərçəkən Mübariz Əhmədov isə mənzil almaq üçün pulu məhz Sahib İbrahimovun özünə verdiyini deyib: "Qardaşımla birgə Xətai rayonunda tikilən binadan ev almaq üçün ofisə getdim. Sahib İbrahimov deyirdi ki, şirkət və bina onunkudur. Boş mənzillərə baxdıq, birini seçdim. Qiyməti 96 min 400 dollar idi. Bu qədər pulumun olmadığını dedim, Sahib İbrahimov yarısını ödəyib qalanı hissə-hissə verə biləcəyimi söylədi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra da aybaay ödəməklə, ümumi 20 min verdim”.

Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ildə binanın komendantı zəng vurub dedi ki, sənin burada mənzilin yoxdur. Sahibin yanına getdim, dedi mən sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx. Orda başqa nəsə qaranlıq söhnətlər var idi. Bir binaları sökülmüşdü, adamları başqa binaya köçürmüşdülər. Hamı "Sahil-D Kompani"dən tələb edirdi, mən də ora getdim, dedilər buranın sahibi İlham tutulub, 15 il yatacaq. Prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov mənə başqa yerdən mənzil verdi. Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı".

##relatedPost2##

Hər iki zərərçəkmiş hazırda iş adamından şikayətçi olmadıqlarını deyiblər.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.

Qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S.İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb.

pia.az