Roma Papasını Milad xütbəsi: "Sülhə nail olun!..."

Roma Papası Fransis dekabrın 25-də özünün ənənəvi Milad xütbəsində dünyanı dar, xudbin maraqları bir tərəfə qoyaraq Suriya, Yəmən və başqa qaynar münaqişələrin siyasi həllini tapmağa çağırıb
###reklam250###

Fransis müqəddəs Pyotr meydanında hər il etdiyi “Urbi et Orbi” (şəhərə və dünyaya) adlı xütbəsində deyib:

“Mənim mübarək Milad arzum qardaşlıqdır. Hər bir ölkənin və mədəniyyətin nümayəndələri arasındakı qardaşlıqdır. Müxtəlif ideyaların daşıyıcıları arasındakı qardaşlıqdır…Müxtəlif dinlərə sitayiş edənlərin arasındakı qardaşlıqdır”.

Francis xütbəsində Suriya, Yəmən, Afrika, Koreya yarımadası, Ukrayna, Venesuela və Nikaraquada sülhə çağırıb. O habelə israillilər və fələstinlilər arasıında barışığa ümid etdiyini bildirib.

Papa ümid etdiyini deyib ki, Yəməndə sülhün əldə edilməsi 2015-ci ildən bəri 10 min insanın həyatına son qoymuş və 14 milyon yəmənlini ac-yalavac vəziyyətə salmış dağıdıcı müharibəyə son qoyacaq. O habelə Suriyada 400 min insanın ölümü ilə nəticələnmiş müharibənin sülhlə çözümünə inandığını deyib. (azadliq.org)

pia.az