Çavuşoğlu: “Netenyahu PKK-ya rəğbət bəsləyir”

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, İsrailin Baş naziri Binyamin Netenyahu Türkiyənin terrorçu təşkilat hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (KFP – PKK) rəğbət bəsləyir"
###reklam250###

Nazirin fikirlərini bazar ertəsi «NTV» telekanalı səsləndirib.

«Son vaxtlar Netenyahu narahatdır, çünki anlayıb – Suriyanı parçalamaq mümkün olmayacaq. O, suriyalı kürdlərlə (PKK və YPG) birlikdə bu ölkəni bölməyə köklənmişdi. Netenyahu PKK-ya xüsusi rəğbət bəsləyir» – Çavuşoğlu bildirib. Nazir əlavə edib ki, Netenyahunun və PKK-nın planları pozulub.

Dekabrın 23-də Netenyahu bəyan edib ki, «hər gün diktator-antisemit Əroğanın hücumları ilə qarşılaşır». O, əlavə edib ki, «Ərdoğan mənəvi ordunun, gerçək demokratiyanın nə olduğunu və kürd kəndlərində qadınları və uşaqları doğrayan ordunun bundan fərqini bilir».

Netenyahunun bu sözləri Ərdoğanın «İsrail dövlət səviyyəsində terror siyasəti yeridir» ittihamına bir cavab olub.(azpolitika.info)

pia.az