Tramp ABŞ-ın maliyyə nazirini istefaya yollaya bilər  

ABŞ prezidenti Donald Tramp Maliyyə naziri Stiven Mnuçinin istefaya yollanması imkanlarını nəzərdən keçirir
###reklam250###

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatlı mənbələrə görə nazirin bu vəzifədə qalması qisməndə olsa Amerika bazarında əsas indekslərin nə dərəcədə tez aşağı düşməsindən aslı olacaq.

Xatırladaq ki, daha əvvəl Prezidentin Federal Ehtiyyat Sisteminin (FED) sədri Cerom Pauelin istefasını nəzərdən keçirdiyinə dair məlumat yayıldı. Öncə Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ administrasiyasının Cerom Pauelin istefaya yollanmasına dair planının olmadığını bəyan etdi.

Daha sonra isə elə Stiven Mnuçin öz Twitter hesabındakı paylaşımında ABŞ prezidentinin ona heç zaman FED-in sədri Cerom Pauelin istefaya yollanmasını təklif etmədiyini bəyan etməsini qeyd etdi.

pia.az