"Bayram ab-havasında deyiləm" - Rüfət Dadaşov

Açığı, bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdır
###reklam250###

PİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov deyib.

"Proyssen"nin futbolçusu Almaniya 3-cü Bundesliqasının 20-ci turunda evdə "Fortuna"ya uduzduqları oyundan (0:2) sonra görüş haqda yerli mətbuata danışıb. 90 dəqiqə meydanda olan 27 yaşlı forvard qış fasiləsinə qədərki çıxışlarını da qiymətləndirib:

"Çox zəif çıxış etdik. Meydanda sərgilənən oyun qəbuledilən deyil. Heç bir ehtiras hiss olunmur. Belə vəziyyətdə qələbə qazanmaq olmaz. Uzun bir mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışı yüksək qiymətləndirə bilmərəm. Bəlkə də, bəxtimiz də gətirmədi. Çünki hər xırda səhvdən sonra cəzalanırdıq".

Qeyd edək ki, son 4 oyunda uduzan "Proyssen" turnir cədvəlinin 7-ci pilləsinə düşüb.

pia.az