İspaniya XİN Azərbaycana gəlir

Xose Manuel Qarsiya-Marqallo ilk dəfə Azərbaycana səfər edəcək
İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo ilk dəfə Azərbaycana səfər edəcək. Nazirin səfəri aprelin 23-24-də gerçəkləşəcək. Səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlərimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması da nəzərdə tutulub. İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim ediləcək.