“Putin Stalin kimi idarə edib Abramoviç kimi kef eləmək istəyir”

“Putin yüz faiz Stalin deyil, ancaq o, Stalin kimi idarə edib Abramoviç kimi kef eləmək istəyir”.
PİA.AZ Virtualaz.org saytına istinadən  xəbər verir ki, bu sözləri rusiyalı müxalifətçi Boris Nemtsov deyib. Onun fikrincə, Putinin əsas məqsədi hakimiyyəti saxlamaqdır.“Müxalifətçiləri ona görə həbsə atırlar ki, onlar Putinin hakimiyyətinə qəsd edirlər. Onun əsas məqsədi isə hakimiyyəti saxlamaqdır. Ona görə də kim hakimiyyətə iddia edirsə, qəddar repressiyalara məruz qalır. Kim sadəcə olaraq tənqid edirsə, onu zəhərləyirlər” - deyə Nemtsov bildirib.Nemtsov deyib ki, Ukraynanın indiki hakimiyyəti ölkənin ərazi bütövlüyünü qoruya bilməyəcək. Çünki hakimiyyət zəifdir, silahlı qüvvələr bərbad gündədir və ölkəni müdafiə etmək iradəsi görünmür.“Krımdan fərqli olaraq Donetsk Rusiya ilə dostluq etmək istəyir, ancaq  Putinin qanadı altına girmək istəmir. Çünki bilir ki, o, juliklərin və oğruların hakimiyyətidir” - Nemtsov əlavə edib.