Eden Hazard ilin ən yaxşısı seçildi

"Chelsea"nin futbolçusu Eden Hazard Belçikada ilin idmançısı seçilib
###reklam250###

PİA.AZ Goal.az-a istinadən xəbər verir ki, Belçika millisinin kapitanı jurnalsitlərin səsverməsinə əsasən birinci olub.

O, yüngül atletikanın qaçış növü üzrə Avropa çempionu Koena Nerta və qış olimpiadasının xizəksürmə üzrə qalibi Bart Svinqsi qabaqlayıb. Qeyd edək ki, Hazard son 5 ildə bu mükafata layiq görülən 3-cü futbolçudur. Buna qədər Tibo Kurtua (2014) və Kevin De Brüyne (2015) ilin idmançısı seçilmişdir.

pia.az