ABŞ hökuməti fəaliyyətini qismən dayandırdı

ABŞ hökuməti maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb
###reklam250###

Bu barədə TASS xəbər verib.

“Shutdown” adlandırılan bu proses Meksika ilə sərhəddə divarın tikintisi üçün vəsaitin ayrılması məsələsi ilə bağlı Konqresdə respublikaçılar və demokratlar arasında danışıqların iflasa uğramasının nəticəsi olub.

ABŞ qanunvericiləri ölkədə oktyabrın 1-də başlayan 2019-ci maliyyə ili üçün hələ də büdcəni qəbul etməyiblər. Büdcə dekabrın 21-dək təsdiq olunmalı idi, lakin Konqresin hər iki palatası cümə günü öz iclaslarını kompromis qətnamə qəbul etmədən yekunlaşdırıb.

Hökumətin, təxminən, dörddə bir hissəsi, o cümlədən Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri maliyyələşdirmədən kənarda qalıb.

pia.az