Rusiyada yaşayan azərbaycanlı oliqarxların siyahısı

Dünya şöhrətli “Forbes” jurnalı 2014-cü ilin ilk rübündə Rusiyanın ən varlı adamlarının reytinq-siyahısını dərc edib.
PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, siyahıya özbək əsilli milyarder Əlişir Osmanov başçılıq edir. Onun varidatı 18, 6 milyard dollar dəyərində qiymətləndirilir. İkinci və üçüncü yeləri 17,6 və 17, 1 milyard dollarla Mixail Fridamanla Viktor Vekselberq tutur. Siyahıda azərbaycanlılar da yer alıb. “Lukoyl”un prezidenti Vahid Ələkbərov son 3 ayda 1 milyarda yaxın pul itirsə də, 13 milyard dollarla 7-ci sırada qərarlaşıb. Ələkbərovdan başqa siyahıda 3, 6 milyard dollarla əslən Qubadan olan milyarderlər Qod Nisanov və Zarax İliyev, habelə göyçaylı oliqarx Fərhad Əliyev (1, 8 milyard), Araz Ağalarov (1, 7 milyard), Telman İsmayılov (700 milyon) yer alıblar. Amma ən maraqıl məqam Putinin azərbaycanlı dostu İlham Rəhimovla bağlıdır. Azərbaycanlı professorun adı ilk dəfədir ki, bu siyahıdadır. Onun varidatı isə nə az, nə çox - 500 milyon dollar dəyərində qiymətlənidirilib və 187-ci yerdə qərarlaşıb.