Komitə sədri: Vərəmlə bağlı qanunvericiliyin yenilənməsinə ehtiyac var

Planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur. Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir
###reklam250###

Bunu akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problem olaraq qalır”, - deyən komitə sədri bildirib ki, Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı mütəmadi addımlar atılır.

“Elə bu səbəbdəndir ki, son beş ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər - azalma baş verib”, - deyə komitə sədri əlavə edib.

Bununla yanaşı, komitə sədri vərəmlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyib.

Mövcud qanunun qəbulundan 18 ilə yaxın bir müddət ötdüyünü deyən komitə sədrinin sözlərinə görə, həmin sənədin yenilənməsinə ehtiyac var.

“Bu məsələ də diqqətimizdədir”, - deyə komitə sədri bildirib.

pia.az