Ədliyyə naziri vətəndaşları qəbul edəcək - Kürdəmirdə

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 21-də Kürdəmir rayonunda vətəndaşların qəbulu keçiriləcək
###reklam250###

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) keçiriləcək qəbulda Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.(report)

pia.az