“Mançester Yunayted”in yeni baş məşqçisinin adı rəsmən açıqlandı

İngiltərənin “Mançester Yunayted” klubunun müvəqqəti baş məşqçisinın adı rəsmən açıqlanıb
###reklam250###

Ule Qunar Sulşer cari mövsümün sonunadək bu komandaya baş məşqçi təyin olunub.

Onu Norveçin xanım baş naziri Erna Sulberq bu münasibətlə təbrik edib.

Juze Mourinyunun məşqçilər heyətində yer almış Maykl Kerik və Kiran Makkena norveçli mütəxəssislə də çalışmağa davam edəcək. Sulşerin özü ilə “qırmızı şeytanlar”a gətirdiyi yeni köməkçi isə Maykl Felan olacaq.

Ule Qunar Sulşer 1996-2007-ci illərdə bu klubda çıxış edib və karyerasını da burada başa vurub. O, “Mançester Yunayted”lə altı dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının qalibi olub və Qitələrarası kuboku qazanıb.

##relatedPost2##

45 yaşlı Sulşer məşqçiliyə də bu klubda başlayıb. “Mançester Yunayted”in əvəzedici komandasından başqa, Uelsin “Kardif” və Norveçin “Molde” klublarında baş məşqçi olub.

Qeyd edək ki, Juze Mourinyu dünən klubdan kənarlaşdırılıb. 2016-cı ildə bu klubla üç illik müqavilə bağlamış Mourinyu Mançester klubuna İngiltərə kuboku, Superkubok və UEFA Avropa Liqasını qazandırıb. Lakin cari mövsüm komandanın 26 xalla VI sırada olması və çempionluq yarışından xeyli kənar düşməsi portuqaliyalı məşqçiyə bağışlanmayıb.

pia.az