Şamaxıda ağır yol qəzası: 1ölü, 4 yaralı  

Şamaxı rayonunda ağır yol qəzası baş verib
###reklam250###

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub. Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

pia.az