İş adamından oğurladığı 119 mindən cəmi 50 manat xərcləyə bilmişdi - 11 il cəza aldı

İş adamına basqın edən şəxsə ağır cəza kəsilib
###reklam250###

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən B.Qayıbov 11 il azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralında Nərimanov rayonu ərazisində baş verib.

İş adamı Mehman Alməmmədov şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyərkən hücuma məruz qalıb.

Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı oğurlayıb.

Qayıbov saxlanılan zaman məlum olub ki, o, 119 mindən cəmi 50 manat xərcləyə bilib.(musavat.com)

pia.az