“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi ilin ikinci ən yaxşı idmançısı seçilib

“Formula 1” üzrə 2018-ci il dünya çempionatının qalibi Lüis Hemilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı nominasiyasında ikinci yeri tutub

17 Dekabr, 2018 14:53

Bakı. 17 dekabr. REPORT.AZ/ 

“Report” xəbər verir ki, 33 yaşlı pilot “BBC Sport”un sorğusunda velosipedçi Qeraynt Tomasdan geri qalıb. Üçüncü yeri isə İngiltərə millisinin futbolçusu Harri Keyn tutub.

L.Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq.

pia.az