Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsindəki vəziyyət açıqlandı

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsində birinci yerdədir
###reklam250###

Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu sahədə xidmətlərini daha da təkmilləşdirir:

"Hazırda "Azərişıq" ASC-nin Android və İOS platformalarında işləyən mobil əlavəsinin təkmilləşdirilməsi işləri gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə etmək imkanı qazanacaqlar. Həmçinin yenilənmiş əlavə daha çox funksional olacaq".(Trend)

pia.az