Yevlaxda qadının əri tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub  

Yevlaxda qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub
###reklam250###

Hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini 30 yaşlı Saday Sadıqov, həyat yoldaşı 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn 30 yaşlı Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.

Saray Abışovovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə Saday Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.

Qeyd edək ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(Report)

pia.az