Con Bolton: “ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək”

ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək, Afrika ölkələrindən də “kimə gəldi” yardım etməyəcək
###reklam250###

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton məlumat verib.

“ABŞ artıq bütün qitə boyu öncüllük gözlənilmədən, kimə gəldi yardım etməyəcək. Eyni zamanda bundan sonra BMT-nin səmərəsiz, uğursuz, nəzarətsiz sülhməramlı missiyalarına da dəstək verməyəcəyik”, - deyə diplomat Afrika qitəsinə dair yeni strategiyalarını təqdim edərkən vurğulayıb.(Report)

pia.az